Neftin qiyməti 70 dolları ötdübackend

ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda dünya bazarında neftin qiyməti artaraq 70 dolları ötüb.

“Yeni Gündem” xəbər verir ki, London birjalarında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti bir barrelə görə 70,17 dollar olub. Bu isə əvvəlki sessiyadan 1,57 dollar çoxdur.

WTI markalı neftin qiyməti isə Nyu-York birjalarında 1,28 dollar (2,03%) bahalaşaraq bir barrelə görə 64,33 dollar olub.