Neftin qiymətində 7 ildən sonra ilkbackend

Dünya bazarında neftin qiyməti bir qədər də bahalaşıb.

“Yeni Gündəm”-in məlumatına görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 0,54 faiz bahalaşaraq 87 dollar/barel təşkil edib.

“WTI” neftinin qiyməti isə 0,97 faiz bahalaşaraq 84,11 dollar/barel səviyyəsində alınıb-satılıb.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti sonuncu dəfə 2014-cü ilin oktyabr ayında bir barel üçün 87 dollardan yüksək olub.