Nəhayət Şirinova mükafata layiq görülübbackend

8 mart “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Nəhayət Şirinova mükafata layiq görülüb.

Yenigundem.az xəbər verir ki, “SMART PEOPLE AWARDS” layihəsi çərçivəsində Nəhayət Şirinova “İLİN İCTİMAİ FƏAL XANIMI” nominasiyası üzrə mükafatlandırılıb.

Nəhayət Şirinova Ukrayna Regionlararası Heyətin İdarəetmə Akademiyasının nəznində olan Heydər Əliyev adına kafedranın Psixologiya ixtisasının məzunudur. Psixologiya sahəsində yerli və beynəlxalq sertifikat proqramlarının iştirakçısı olub.

Nəhayət Şirinova 2014-cü ildən Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin fəxri üzvüdür. 2015-ci ildən Almaniya Azərbaycan Dostluq Cəmiyyətinin üzvüdür. 2016-cı ildə Beynəlxalq Sülh Səfirliyinin “Fəxri Sülh Səfiri” seritifikatına layiq görülüb. 2016-cı ildən etibarən Quba Rayon İcra Hakimiyyəti yanında Quba Rayon Gənclər Şurasının üzvüdür. Həmçinin, Quba Rayon Yeni Azərbaycan Partiyası Gənclər Şurasının üzvü, Quba YAP Qadınlar Şurasının sədr müavinidir. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin şimal bölgəsi üzrə rəhbəridir.

Nəhayət Şirinova hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşıdır. Həmçinin, müxtəlif ictimai və maarifləndirici layihələrin təşəbbüskarıdır. Təlimçi olaraq fəaliyyət göstərir. Ailəlidir. Üç övladı var.

“SMART PEOPLE AWARDS” layihəsinin məqsədi öz sahəsində fərqlənən, yadda qalan, töhvə verən və uğurlu fəaliyyət göstərən şəxslərin mükafatlandırılaraq geniş ictimaiyyətə təqdim olunmasıdır. Mükafatçılar təşkilat komitəsi tərəfindən, müxtəlif müşahidələr, sosial sorğular və ictimai rəylər əsasında seçilir. Hər bir mükafatçı fərd olaraq mükafatlandırılır və ictimaiyyətə öz sahəsi üzrə təqdim olunur.

Yenigundem.az