“Nənəm deyirdi ki, yağış yağanda erməniyə yaxın durmayın, islanmış paltarı ilə…” – Deputatbackend

Təbrizin keçmiş millət vəkiliİranın Tacikistanda keçmiş səfiri Əliəsğər Şeirdust Azərbaycan haqqında həqarətli fikirlər səsləndirib.

“Yeni Gundem” xəbər verir ki, Şeirdustun videosu sosial şəbəkələrdə yayılıb.

“Klub Haus”da çıxış edən keçmiş diplomat bildirib ki, İran rəsmiləri Azərbaycanda İran haqqında səslənən fikirlərə baş qoşmamalıdır:

“Onlara üz vermək lazım deyil. Cənubi Azərbaycan deyə bir şey yoxdur. Mən bunu vaxtilə Azərbaycanda televiziya kanallarında da demişəm. İllər əvvəl onların böyük şəxsiyyətlərindən biri bizə qonaq gəlmişdi. O gedəndən sonra gördüm ki, anam su borusunu əlinə alıb xalçaları, evi yuyur. Dedim ki, niyə belə eləyirsən. Anam cavab verdi ki, onlar murdardır (daha təhqiramiz ifadə işlədir) ona görə də evi təmizləyirəm. Bizim onlara baxışımız belə olub. Azərbaycan kimdir ki, İrandan torpaq iddiası etsin!?”

Azərbaycan Milli Məclisin deputatı Etibar Əliyev iranlı siyasətçinin cavabını elə onun üslubunda verib.

“Əliəsgər Şeirdüstə bir-iki xatırlatma etmək istəyirəm:

Mənim rəhmətlik nənəm çox dindar qadın olub. Deyirdi ki, yağış yağanda erməniyə yaxın durmayın, islanmış paltarı ilə sizi murdarlaya bilər.

İkincisi, Şeirdüstun anasının ona dediyi murdar məsələsi də dostları ermənilərə aiddir. Erməninin ən çox sevdiyi heyvan donuzdur. Bu vəhşi və murdar millət işğal olunmuş ərazilərimizdəki məscidlərdə donuz saxlayıblar. Boyuna xam ip tutsunlar, ay Şeirdüst, məsciddə donuz saxlayıblar,e! Bunu bilirsən axı! Elə sizləri birləşdirən bəlkə də murdarlıqdır. Mənəvi murdarlıq…”,- deyə millət vəkili əlavə edib.Redaktor.az