Nəqliyyatın fəaliyyəti əvvəlki qaydada qalırbackend

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

“Yeni Gündəm” -in xəbərinə görə, o bildirib ki, xüsusi karantin rejimində  nəqliyyatın fəaliyyəti əvvəlki qaydada qalır.

O bildirib ki, həyati vacib sahələrdə çalışanların şəxsi avtomobillərindən istifadəyə icazələri var: “Yerdə qalan əhalinin isə 24 saat küçəyə çıxmaq qadağandır”.

İ.Məmmədov əlavə edib ki, istisna hallarda küçəyə çıxanda da nəqliyyatdan istifadəyə ehtiyac yoxdur: “Çünki o hallarda da ancaq yaşadıqları ünvanlara yaxın yerlərə gedilməlidir. Metro və avtobuslar da təyin edilən rejimdə işləyəcək. Doğrudur, bu gün metroda sıxlıq olub. Yeni qəbul edilən qadağalardan sonra metro və avtobusda artıq bugünkü sıxlığın olmayacağı gözlənilir və bu istisna olunmur”.