Nərimanov Rayon İcra Hakimiyyəti də məhkəməyə verildibackend

“Poleks” MTK Nərimanov Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MTK Bakı İnzibati Məhkəməsinə müraciət edib.

Belə ki, “Poleks” şirkəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələb irəli sürüb.

İddia hakim Həmid Ağalarovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.