Nərimanov və Xətai rayonlarında əlavə vaksinasiya məntəqələri açıldıbackend

Peyvəndləmə ilə bağlı Nərimanov və Xətai rayon əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə vaksinasiya məntəqələrinin fəaliyyətinə zərurət yaranıb.

Bu barədə “Yeni Gündəm” -ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küç, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küç, 37) vaksinasiya prosesinə cəlb edilib: “Adıçəkilən məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə  onlayn qaydada növbə götürməlidirlər”.