Nərminin qətlinə görə tutulan şəxsin həbs müddəti uzadıldıbackend

Tovuz rayonunda ötən ilin noyabrın 19-da itkin düşən və bu ilin yanvarın 6-da yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli barəsindəki istintaqın gedişi ilə bağlı məhkəmə qərar verib.

“Yeni Gündəm”in verdiyi xəbərə görə, məhkəmə bu işdə ittiham olunan İlkin Süleymanovun barəsində ilk dəfə 2 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi. Ağır cinayətdə ittiham olunan şəxslərin qanunvericiliyə uyğun olaraq, 4 ay müddətinə həbs edilməli olmasına rəğmən belə bir qərar verilməsi, ictimaiyyətdə suallar yaratmışdı.

İ.Süleymanov barəsindəki 2 aylıq həbsin müddəti başa çatdığı üçün dünən, yəni martın 18-də istintaq orqanı məhkəməyə təqdimat göndərərək onun həbsdə qalma müddətinin 4 ay artırılmasını istəyib.

Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə İ.Süleymanovun iyulun 18-dək həbsdə qalmasına qərar verilib.

İ.Süleymanovun vəkili Əlibaba Rzayev məlumatı təsdiqləyib.