Nəsiman Yaqublu Azərbaycan mətbuatının gizli nəşrlərini bir araya topladıbackend

Azərbaycanlı tarixçi, tarix elmləri üzrə fəlsəfə doktoru, professor Nəsiman Yaqublu Azərbaycan mətbuatının gizli nəşrlərini bir araya gətirərək kitab halına salıb.

“Yeni Gundem” xəbər verir ki, gizli nəşrlərin toplanıldığı kitaba “Azərbaycan mətbuatı: gizli nəşrlər” adı verilib.

Həmçinin , bu gün Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublunun yeni nəşr edilmiş “Şuşa ziyalıları: unudulmuş irs” və “Azərbaycan mətbuatı: gizli nəşrlər” kitablarının təqdimatı keçirilib.

Təqdimatda Mətbuat Şurasının rəhbər və idarə heyətinin üzvləri, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.