Nəsimi rayon İcra Hakimiyyətindən jurnalistlərə HÖRMƏTSİZLİKbackend

Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, ölkənin aparıcı qəzet, televiziya və elektron informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

“Yeni Gündəm” xəbər verir ki, tədbir bitdikdən sonra hörmətli media nümayəndələrinə təqdim olunan hədiyyələr xüsusi marağa səbəb olub.

Beləliklə, cinsi ayrı-seçkiliyə qarşı mübarizədə “ən böyük töhvə”ni verməyə çalışan çox hörmətli icra əməkdaşları jurnalistlərə 1 manat dəyərində şokolad, 2 manat dəyərində gül dəstələri hədiyyə ediblər.

“Düşünülmüş” addımın xanım jurnalistlərin sferasından alqışa və təqdirəlayiq addım olduğunu dəqiq bilsək də, kişilər üçün o qədər də ürəkaçan olmadığı gün kimi aydındır.Guninfo.az