Nəsrin Cavadzadənin Şuşadakı görüntüləri izlənmə rekordu qırır – VİDEObackend

Nəsrin Cavadzadənin Şuşada çəkildiyi “Mugham Parfum” reklam filmi təqdim edildi.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Mugham” brendinə məxsus “Karabakh Bouquet – 1752” ətrinin video çarxında yer alıb. Bu, Şuşada çəkilən ilk kommersiya layihəsidir.

Onu da bildirək ki, Şuşa şəhərinin təməlinin qoyulduğu ilin şərəfinə adlandırılan “Karabakh Bouquet -1752” ətrinin çəkilişləri elə bu səbəbdən Şuşada aparılıb.

Şuşanın 270 illik yubileyi ərəfəsində təqdim olunan layihənin musiqi müəllifi əməkdar incəsənət xadimi Vaqif Gərayzadədir.

Qeyd edək ki, 6 yaşından Türkiyəyə köçən aktrisa Nəsrin Cavadzadə ilk dəfədir ki, Azərbaycana reklam çəkilişi ilə bağlı gəlib.
Sənətçi Antalya Qızıl Portağal Film Festivalının “Ən Yaxşı Qadın aktrisa” mükafatına layiq görülüb.

Xatırladaq ki, bu günlərdə İtaliyanın Milan şəhərində keçirilən “Esxence” beynəlxalq sərgisində təqdim olunan “Mugham” parfümün “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü – “Rast”, “Shur”, “Segah”, “Chahargah”, “Bayati -Shiraz”, “Shushtar” və “Humayun”un adını daşıyan çeşidləri də var. “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində – Nişantaşında da mağazası var.

!160x600_sol

!160x600_sag