İsrailin baş naziri Benyamin Netanyahunun bazar günü gecə verdiyi bəyanat ölkədə siyasi zəlzələyə səbəb olub.
“Yeni Gundem” xəbər verir ki, baş nazir postunu silib üzr istəsə də, reaksiyalar uçqun kimi artır.
İsrail-Həmas müharibəsinin başladığı 7 oktyabrdan bəri ölkədə tənqid oxları Benyamin Netanyahuya yönəlib. Baş nazir bazar günü gecə yarısı verdiyi açıqlama ilə vəziyyəti daha da pisləşdirdi və böyük siyasi çatlara səbəb oldu.
NETANYAHU ÜZR İSTƏMƏLİ OLDU
Netanyahu sosial media hesabından verdiyi açıqlamada HƏMAS-ın hücumu ilə bağlı məlumatlandırılmadığını və ən azı 1400 nəfərin öldüyü hücumun məsuliyyətini ordu və kəşfiyyat rəislərinin üzərinə atdığını yazıb.
Bu açıqlama o qədər qəzəb doğurdu ki, baş nazir tvitini silməli və ‘səhv etdim’ deyərək üzr istəməli olub.
Siyasi liderlər Netanyahunun ölkə çətin bir hərbi əməliyyatın ortasında olduğu bir vaxtda siyasətlə məşğul olduğunu desələr də, ekspertlər bu hadisənin Netanyahunun ölkəni müharibəyə sürükləmək qabiliyyətini şübhə altına alan qurumlar arasında çatı daha da dərinləşdirdiyini vurğulayıblar.
Chatham House-dan Yossi Mekelberg, “Netanyahunun hüdudlarını aşdığını söyləmək ilin yalnış ifadəsi olardı” deyib və Həmas hücumundan sonra qurulan döyüş kabinetində Netanyahuya güvənən bir nəfərin də olmadığını iddia edib.
Bir vaxtlar Netanyahunun müdafiə naziri olmuş Aviqdor Liberman “Netanyahu təhlükəsizlik və ya girovlarla maraqlanmır, onu yalnız siyasət maraqlandırır” deyərkən, İsrail Xarici İşlər Nazirliyinin keçmiş direktoru Alon Lien bunun ədalətli olduğunu vurğulayıb. Aysberqin ucu olduğunu və Netanyahunun bununla bir mübahisə hazırladığını söyləyib.
Ölkənin ən böyük qəzetlərindən biri olan Haaretzdə Alon Pinkasın dərc etdiyi təhlildə Netanyahu ilə bağlı zəhərli ifadələr yer alıb.
Müəllif Netanyahunun 7 oktyabr fəlakətindən qurtulmaq üçün kampaniya apardığını bildirərək, “Planetin ən aşağı iki nöqtəsi İsraildədir. Bunlardan biri Ölü dəniz, digəri isə Benyamin Netanyahunun münasibətidir. Biri təbii möcüzə, digəri isə siyasi səhvdir. İsrail “Uğursuzluq üçün çox böyük, lakin əsassız təkəbbürlü Baş nazir Netanyahu uğur qazanmaq üçün çox kiçikdir və hökuməti çox bacarıqsızdır”- deyə bəyanatlar daxil edilmişdir.
Mənbə: hurriyyət.tr
Aynur Camal