Nəzər Media.az-ın dostu mükafatı Elşən Gəncəviyə təqdim olundu-FOTOLARbackend

Bu gün Nəzər Media.az İnformasiya portalının baş redaktoru Nəzərbəy Hacıağayev “Ganjavi Holding”in prezidenti Elşən Gəncəvi ilə görüşüb.

Görüşdə məqsəd Nəzər Media.az-ın idarə heyyətininin qərarı ilə Nəzər Media.az-ın dostu mükafatı ilə mükafatlandırlan Elşən Gəncəviyə Nəzər Media.az İnformasiya portalının dostu mükafatını təqdim etmək idi.

DOSYE:

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

Elşən Gəncəvi “Ganjavi Holding”in prezidenti, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi – İctimai və Sosial Şuranın rəhbəri, “NAJAFSOY GROUP”, “Pi Education” şirkətlərinin təsisçisi, “Oxu-magiya” kitabının müəllifi, “GanjaviMedia.az” informasiya portalının və “Siyasi.az” xəbər portalının portalının baş redaktoru, “İslahat.az” xəbər portalının və “İctimai.az” informasiya portalının yazarıdır.

“PUBLIC” və “GƏNCƏVİ” jurnallarının təsisçisi və baş redaktorudur. İctimai, sosial və iqtisadi layihələrin müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Görüş zamanı Nəzərbəy Hacıağayev portalın təsisindən bu yana olan fəaliyyəti baradə Elşən Gəncəviyə məlumat verib. Baş redaktor qeyd edib ki, təsisimizin ikinci il dönümündən bəri bizimlə fəal əməkdaşlıq edən, eyni zamanda da cəmiyyətin inkişafında mühim xidmətləri olan şəxslərə idarə heyyətininin qərarı ilə Nəzər Media.az-ın dostu elan edirik. Hesab edirəm ki, sizin və təmsil etdiyiniz qurumların fəaliyyəti cəmiyyətimizə və onun inkişafına müsbət töhvələr verir. Bundan əlavə qeyd etmək istəyirəm ki, sizin prezidenti olduğu “Ganjavi Holdig”lə Nəzər Media.az İnformasiya portalının aid olduğu “Nazar M Group” arasında əməkdaşlığmızdan şirkətimiz böyük və danılmaz müsbət nəticələrə yol açan xeyir görmüşdü. İnanıram ki, qurumlarımız arasında olan əməkdaşlığımız bundan sonra da uzun müddət və davamlı şəkildə davam edəcək. Gələcəkdə aramızda olan əməkdaşlığımızın sferaları və həcmi daha da böyüyəcək.

Eyni zaman çıxış edən “Ganjavi Holding”in prezidenti Elşən Gəncəvi ona göstərilən diqqətə görə Nəzər Media.az İnformasiya portalınını kollektivinə və baş redaktor Nəzərbəy Hacıağayevə öz minnətdarlığını bildirdi. Elşən Gəncəvi Nəzər Media.az İnformasiya portalının daim ölkədə doğru sözün sahibi olduğunu vurğuladı.
Qeyd etmək istəyirəm ki, qurumlarımız arasında olan bu əməkdaşlığımız məni də çox qane edir və mən də gələcəkdə aramızda olan əməkaşlığımızın dövriyyəsinin həcmin artmasını arzu edirəm . Bundan sonrakı fəaliyyətinizdə “Nazar M Group” MMC-yə Nəzər Media.az İnformasiya portalına uğurlar arzu edirəm.