Niger polisi Fransanın səfirini deportasiya etdi!backend

Niger Xarici İşlər Nazirliyindən Fransa Xarici İşlər Nazirliyinə nota göndərib.Belə ki, Nigerdəki hərbi administrasiya ona ölkəni tərk etməsi üçün ona 48 saat vaxt verib.

“Yeni Gundem” xəbər verir ki, lakin Fransanın Niameydəki səfiri Silvain İtteni ona verilən müddətin bitməsinə baxmayaraq ölkəni tərk etməmiş və etimadnaməni ləğv etmişdir.

Notada Niger polisinə səfir İtteni deportasiya etmək göstərişi verildiyi qeyd edilib. İttenin ailəsi və onların diplomatik kartları və vizalarının da ləğv edildiyi paylaşılıb.

Fransa prezidenti Emmanuel Makron da həmçinin təzyiqlərə baxmayaraq İtteni geri çəkməyəcəklərini təkrarlayıb.

Xatırladaq ki, Fransanın Nigerdə ​​1500-ə yaxın əsgəri və Diori Hamani hava limanı yaxınlığında hərbi bazası var.

İyulun 26-da Nigerdə ​​hakimiyyətə gələn hərbi idarə Fransa ilə daha əvvəl imzalanmış 5 hərbi əməkdaşlıq müqaviləsinin ləğv edildiyini açıqlayıb.

Nigerdə ​​1960-cı ildə Fransadan müstəqillik qazandıqdan sonra dörd dəfə çevriliş olub.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal