Nigerdə hərbi hissəyə hücum, 25 hərbçi öldübackend

Nigerdə hərbi hissəyə hücum olub.

“Yeni Gündem” “Frans Press”ə istinadən xəbər verir ki, Şineqodar kəndində baş vermiş hücumda 25 hərbçi öldürülüb, 6-sı yaralanıb. 60 terrorçu isə zərərsizləşdirilib. Terrorçular hərbi hissəyə motosiklet və avtomobillərdə hücum ediblər.

“Röyters” agentliyi yazıb ki, hücum “Əl-Qaidə” terror təşkilatı və “Boko Haram” radikal qruplaşmasının ölkənin qərbində Niger ordusuna qarşı apardıqları kampaniya çərçivəsində edilib.