Nigerdə yaraqlılar hərbi düşərgəyə hücum etdi – 19 nəfər öldübackend

Nigerin cənubunda “Boko Haram” ekstremist qrupunun yaraqlıları Diffa bölgəsində hərbi düşərgəyə hücum edib.

“Yeni Gündəm” xəbər verir ki, Niger ordusu sağ qalan yaraqlıları təqib edərək, ərazini təmizləmək üçün genişmiqyaslı əməliyyat keçirir.

Sinxua bu hücum nəticəsində ən azı 12 əsgərin öldüyünü və daha on nəfərin yaralandığını yazır.

Diffa bölgəsi Niger ilə Nigeriya arasındakı sərhədə yerləşir. Son illərdə “Boko Haram” qruplaşması orada bir neçə terror aktı həyata keçirib, nəticədə çoxsaylı insan tələf olub.

Mayın 11-də iki ölkənin birgə qüvvələri əməliyyat keçirərək ən azı 75 yaraqlını məhv edib.