Nihat Büyükbaşın “Türklərdə təhsil” kitabı çapdan çıxdıbackend

“Yeni Gündəm” xəbər verir ki, kitabın müəllifi türk toplumlarının tarixdən bu günə qədər insan yetişdirmə üsullarını təhlil edərək onların bu günə olan yansımalarını araşdırıb.

Kitabda türk toplumlarının müstəqil, güclü dövlətlər olaraq varlıqlarını əbədi davam etdirə bilmələri üçün təhsil, elm və texnologiya ilə bağlılığı, sabahın nəsillərini bu gün yetişdiririksə, gələcəyi necə müəyyənləşdirməli, müstəqil düşünə bilən fərdləri necə yetişdirməliyik kimi suallara cavab axtarılıb.

Türk dünyasının insan yetişdirmə nizamına dair effektiv təhsil, türkcə təhsil və milli tarix şüurunun axtarışına töhfə vermək məqsədilə yazılan kitab Ankarada nəşr olunub.

Daha öncə müəllim, müfəttiş, şəhər təhsil idarəsinin müdiri və Atatürk Araşdırma Mərkəzinin sədr müavini vəzifələrində çalışmış Nihat Büyükbaş 2013-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Yaqub Mahmudovun rəhbərliyi altında “Türkiyə-Azərbaycan orta məktəblərində tarixşünaslıq və tədrisi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.