“Ermənistanın baş naziri Nikol Paşinyan hərbçilərin çevriliş edəcəyindən qorxur”.
Bu barədə “Hraparak” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, hökumətin hərbçilərin siyasi çağırışlar səsləndirməsi, onların mitinqlərdə iştirakına qadağa qoyulması barədə qanuna dəyişiklik təklifi də bununla bağlıdır: “Artıq layihə parlamentə təqdim olunub və gələn həftə qəbul olunacaq. Konstitusiyaya əsasən, Silahlı Qüvvələr siyasi məsələlərdə neytrallığı qorumalıdırlar. Bəs hakimiyyət niyə bu addımı atır?”
Nəşr hökumətdəki mənbələrinə istinadən bildirib ki, hakimiyyətin zahiri sakitliyinə baxmayaraq, Paşinyanın qorxuları işıq sürəti ilə artır: “O anlayır ki, Azərbaycan Ordusunun irəliləməsi ilə əlaqədər olaraq hərbçilər inqilabi dalğa həyata keçirə bilərlər. Ona görə də hökumət belə bir təhlükəli ssenarinin qarşısını almağa çalışır”.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentində bəzi qanunlara hərbçilərin fəaliyyətini məhdudlaşdıran bir sıra dəyişiklər olunması təklif edilmişdi./Report