Nikol Paşinyan rusiyalı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdibackend

Ermənistan baş naziri Nikol Paşinyanla rusiyalı həmkarı Mixail Mişustin arasında telefon danışığı olub.

Bu barədə N.Paşinyanın Mətbuat xidmətindən bildirilib.

Tərəflər konstruktiv dialoq barədə fikir mübadiləsi aparıblar. Onlar ikitərəfli və regional əlaqələri müzakirə ediblər.

N.Paşinyan, həmçinin həmkarını ad günü münasibətilə təbrik edib./Report