Nikolayevə raket zərbələri endirilib: ölən və yaralılar varbackend

Ruslar Nikolayevə raket zərbələri endirdi.

Bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç öz Telegram səhifəsində məlumat verib.

“Bu gün səhər ruslar yenidən Nikolayevə raket zərbələri endirib. Yaşayış binalarına ziyan dəyib. Hadisə yerində xilasedicilər, həkimlər və kommunal xidmətlər işləyir. Atışmanın fəsadları barədə daha sonra sizə məlumat verəcəyəm”, – o deyib.

Nikolayev administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, Nikolayevdə 4 çoxmərtəbəli yaşayış binası və bir infrastruktur obyekti raket zərbəsindən zərər çəkib.

“Hazırda 1 nəfər ölüb, 6 nəfər yaralanıb (onlardan biri uşaqdır). Hazırda xilasetmə işləri aparılır”, – o bildirib.

//milli.az