Nişan məclisi keçirən şəxslər cərimələndibackend
İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısnın alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətininn Bərdə regional qrupundan “Yeni Gündəm”-ə verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şahverdili kəndindəki fərdi yaşayış evində nişan məclisi keçirməyə cəhd göstərən şəxslər müəyyən edilib.
Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbir görülüb.