Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nin Cenevrə Ofisi memorandum imzalayıbbackend

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrə Ofisi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

BMT Cenevrə Ofisinin Baş Direktoru xanım Tatyana Valovaya və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Həm-Sədri Dr. İsmayıl Seragəldin tərəfindən imzalanan memoranduma əsasən hər iki təşkilat multilateralizm, sülh, inkişaf və mədəni anlaşmanın təbliğ olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq Ümumdünya Səhiyyə Təşkilatı ilə strateji əməkdaşlıq memorandumu imzalanıb və Mərkəz digər qurumlarla da əməkdaşlığını inkişaf etdirmək istiqamətində çalışır.