Nizami Rayon İcra Hakimiyyəti açıqlama yaydıbackend

Bir sıra kütləvi informasiya vasitələrinin vebsaytlarında Mikayıl Əliyev küçəsi 24/4 ünvanında ərazinin bir vaxtlar park olması ilə bağlı idddialar həqiqəti əks etdirmir. Belə ki, həmin ərazi heç zaman park olmamışdırhəmin 1,6 ha ərazi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən hüquqi şəxsin mülkiyyətindədir.

Bu barədə “Yeni Gundem”-ə Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, həmin hüquqi şəxsin mülkiyyətində olan ərazi uzun illər öncədən bir qrup məcburi köçkün ailəsi məskunlaşmış və hazırda da onlar orada yaşayırlar.

Sözügedən ərazinin mülkiyyətdə olmasına baxmayaraq Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən həmin ərazidə təmizlik işləri aparılmış, tullantılardan təmizlənmişdir.

Nəzərinizə çatdırırıq ki, qeyd edilən ünvanda heç bir tikinti işləri aparılmır və ərazidə mövcud olan yaşıllıqların qorunması aidiyyəti qurumlarla birgə Rayon İcra Hakimiyyətinin nəzarətindədir.