Nizami rayonu 62 saylı məktəb-liseydə “Zəfərə gedən yol” adlı tədbir keçirilib – FOTOLARbackend

Bakının Nizami rayonu Xalid Quliyev adına 62 saylı məktəb-liseydə şagirdlərin iştirakı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. 

“Yeni Gundem” xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Yuxarı sinif şagirdlərinin hərbi keçidi və Azərbaycan Bayrağının məktəbin qarşısındakı meydançaya gətirilməsi ilə başlayan “Zəfərə gedən yol” adlı tədbirdə məktəbin direktoru Mətanət Cabbarlı iştirakçıları və qonaqları salamlayaraq Vətən müharibəsində əldə etdiyimiz qələbənin əhəmiyyətindən, müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən söz açaraq 8 Noyabr Zəfər Günü münasibəti ilə təbriklərini dilə gətirib.

Daha sonra şagirdlərin təqdimatında “Zəfərə gedən yol” adlı maraqlı bədii-musiqili kompozisiya təqdim olunub. Torpaqlarımızın işğal altında olduğu dövrləri, II Qarabağ müharibəsi günlərini, müharibədə Azərbaycan əsgərinin göstərdiyi qətiyyəti, xalqımızın yumruq kimi birləşdiyini  və Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən kompozisiya izləyicilərə təsirli anlar yaşadıb.

Tədbir sənət adamlarının iştirakı ilə maraqlı musiqi proqramı ilə davam etdirilib.