Nizami rayonunda dövlət atributu olan bayrağa hörmətsizlik – FOTOFAKTbackend

Nizami Rayon İcra Hakimiyyətinin binasının düz yaxınlığında üçrəngli bayrağımız dalğalanır.

Lakin çox bərbad halda! Cırılmış vəziyyətdə. Halbuki, hal-hazırda cəbhədə – ermənilər tərəfindən işğal edilmiş rayonlarda, məntəqələrdə bu bayrağı sancmaq uğrunda mübarizə gedir. Qəhrəman əsgərlərimiz günlərdir canlarından keçirlər, onlarla şəhidlər verilir, canlar qoyulur!

Məsələ ilə bağlı Mediapress.az olaraq Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, bu, əlbəttə ki, mümkün olmadı. Saat 17:31-i göstərməsinə (iş vaxtı bitməmişdi) baxmayaraq, İctimaiyyətlə Əlaqələr şöbəsinin işçilərini də tapmaq müşkül oldu.

Odur ki, qurumun qaynar xəttinə zəng vurduq. Özünü “Əliyev Teymur” kimi təqdim edən şəxsə məsələ ilə bağlı məlumat verdik. O, “Külək güclü olub, bu gün cırıb, dünən yox idi, hazırda dəyişdirmək üzrə işlər gedir”, – deyə bildirdi.