Nizami rayonunda “lift terroru”: AİDİYYATİ QURUMLARIN MƏSULİYYƏTSİZLİYİ FACİƏ İLƏ NƏTİCƏLƏNƏ BİLƏRbackend
7NEWS.az redaksiyasına Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 48№-li binanın bir qrup sakini tərəfindən imzalanmış şikayət məktubu daxil olub. Məktubda deyilir: “Bildiririk ki, Naxçıvanski küçəsindəki 48 №-li binanın birinci blokunun lifti burada yaşayanların həyatını təhdid edən aşkar təhlükə mənbəyinə çevrilib.
Doqquzmərtəbəli binanın lifti tamamilə yararsız hala düşüb, həftədə yalnız bir və ya iki gün işlək vəziyyətdə olur.
Demək olar, hər gün liftdə qalanların fəraydı eşdilir, onları xilas etmək lazım gəlir. Liftə yalnız kəlmeyi-şəhadət oxuyandan sonra minirik. Sözügedən ünvandakı lift artıq anekdot mövzusuna çevrilib. Şəhər folkloru ilə məşğul olan araşdırmaçılar bu anekdotları toplayıb nəşr etdirə bilərlər.
Bina sakinlərinin şifahi və yazılı qaydada əlaqədar təşkilatlara müraciətləri bu günə qədər heç bir nəticə verməyib.
Bu məktubla Bakı lift idarəsinə və digər əlaqədar təşkilatlara və ictimaiyyətə müraciət edirik: Nə qədər ki, öz işini layiqincə yerinə yetirə bilməyən insanların ucbatından, insan tələfatı ilə nəticələnən faciə baş verməyib, sözügedən problemlə bağlı təcili tədbir görülməsinə çağırırıq”.