NİZAMİ RAYONUNDA YAŞILLIQLARI MƏHV EDİB RESTORAN TİKİRLƏR… – FOTObackend

Bayram günlərini fürsət bilən işbazlar yaşıllıq ərazini hasarlamaq istəyərək yaşıllıqları məhv etməyə çalışıb.

“Yeni Gundem” xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında yaşanıb. Sakinlərin məlumatına görə, artıq ərazidə bəzi yaşıllıqlar məhv edilib. Sakinlərin polisə müraciətindən sonra ərazidə işlər müvəqqəti dayandırılıb. Ancaq sakinlər narahatdır ki, bir müddət sonra şirkət işinə gizli formada davam edəcək.

Tikintiyə aidiyyəti qurumdan icazə verilib-verilmədiyi bilinmir. Sakinlər bayram günlərində qeyri-iş günü olduğu üçün yerli icra hakimiyyətindən məlumat ala bilməyiblər.

Ərazidə restoran tikintisinin nəzərdə tutulduğu və buna qədər ağacların qurudulduğu deyilir.Tribunainfo.az