Nizami Təhməzov vəfat etdibackend

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri Nizami Təhməzov vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə məlumat verib.

O bildirib ki, N.Təhməzov koronavirusdan dünyasını dəyişib: “Birinci Qarabağ mühaibəsinin iştirakçısı idi, sağ qolunu orada itirmişdi. Çox gözəl insan idi, hamı ilə xoş münasibət saxlamağı bacarırdı”.