Belarusda Minsk məhkəməsi 2022-ci ilin iyulundan həbsdə olan Nobel Sülh Mükafatı laureatı Ales Byalyatskini qaçaqmalçılıqda təqsirli bilib və 10 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Belarus Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Belarus prokurorluğunun məlumatına görə, Ales Byalyatski digər hüquq müdafiəçiləri Vladimir Labkoviç, Valentin Stefanoviç və Dmitri Solovyov ilə birlikdə mütəşəkkil dəstənin tərkibində xarici struktur və fondlardan aldığı 201 min avro və 54 min dollar məbləğində pulu nağdlaşdırıb.
Belaruslu fəal və hüquqşünas Ales Byalyatski “Memorial” təşkilatı və Vətəndaş Azadlıqları Mərkəzi ilə birlikdə Nobel Sülh Mükafatını alıb. Ales Byalyatski beş dəfə Nobel Sülh Mükafatına namizəd olub.
Oxu.az