Koronavirusun onlayn statistikası

“NÖQTƏ” qəzeti fəaliyyətinə başladıbackend

“Nöqtə” ictimai – siyasi hüquq qəzeti yenidən fəaliyyətə başlayıb. Qəzetdə bir sıra aktual xəbərlər, dünyada və ölkədə baş verən hadisələr, tanınmış yazar, siyasətçi və elm adamlarının yazıları dərc edilib.

Ziyalılar Mərkəzinin bəyanatı və şəhid generalla bağlı elan etdiyi müsabiqə haqda elan da qəzetdə yer alıb. İlk səhifədə ölkə başçısı cənab İlham Əliyevin bir açılış tədbiri haqda xəbər nəşr edilib. Əməkdar jurnalist Akif Aşırlı, tanınmış hüquqşünas, qazi, AYB-nin üzvü, deputatlığa sabiq namizəd Vüqar Dadaşov, şairlər Telman Hüseyn, Tahir Talıblı, Sədaqət Əliyeva, Tamara Nadirova, Əkbər Qoşalı, alim Leyla Faiqqızı, deputatlar Razi Nurullayev, Qənirə Paşayeva kimi ziyalıların yazıları dərc edilib.

Qeyd edək ki, qəzet 03.03.2012-ci ildən fəaliyyətdədir, təsisçisi və baş redaktoru Ziyalılar Mərkəzinin direktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, tanınmış yazar Tural İrfandır. Qəzət hər zaman cəmiyyəti maraqlandıran xəbər və məqalələrlə oxucu diqqətində olub. Lakin maliyyə imkanı məhdud olduğu üçün nəşrinə fasilə verilmişdi. Hazırda müəlliflərin dəstəyi və təkidi ilə qəzetin yenidən nəşrinə başlanıb.
Qəzetin redaksiya heyəti aşağıdakı tanınmış ictimai xadim və ziyalılardan ibarətdir:
Ramiz Əsgər, türkoloq-profrssor
Vaqif Bayatlı Odər, şair
Tahir Talıblı, əməkdar jurnalist
Qafar Çaxmaqlı, ermənişünas alim, professor
Vüqar Əhməd, professor
Vaqif Bayatlı Odər, şair
Əhməde Həppo, kürd yazıçı
Elçin Şıxlı, AYB sədri
Oqtay Rza, şair
Aşık Selahettin Dündar, ünlü türk aşığı
Akif Aşırlı, jurnalist
Songül Dündar, türk yazarı
Hacı Sabir Həsənli, Bakı İslam Universitetin rektoru, professor
Sadiq Qara, şair
Firudin Cəlilov, professor
Rəşid Mahmudov, ictimai xadim, həkim
Rüstəm Kəsəmənli, tədqiqatçı
Telman Hüseyn, şair
Sitarə Həmidqızı, telejurnalist
Savalan Talıblı, jurnalist
Səidə Əliməmmədqızı, telejurnalist
Arif Məhərrəmov, Qarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı,
Rəşad Bəydəmirli, şair – publisist
Rövşən Rəsulov, jurnalist
Leyla Faiqqızı, filologiya elmləri üzrə fəlsəfə doktoru
Gündüz Məmmədov, Ukrayna Baş prokurorunun müavini
Nəsimi Abilov, Sumqayıt Yəhudiləri Dini icmasının sədri

Reklam_ADS_sol

Reklam_ADS_sag