Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.
“Yeni Gundem”-in xəbərinə görə, qüvvədə olan Təlimata görə, notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul vəsaitlərinin, qiymətli kağızların, bank və ya qiymətli kağız hesablarının və ya digər əmlakın idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alğı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın predmeti olan pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin bu əməliyyatlar siyahısı maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivləri ilə bağlı həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla bağlı olduqda, bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.
Dəyişikliyə əsasən, notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul vəsait- lərinin, qiymətli kağızların və ya digər əmlakın, habelə bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın predmeti olan əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin bu əməliyyatlar yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə və ya “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə bağlı həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi nüfuzlu şəxslərinin əmlakı ilə bağlı olduqda, bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.