“Avropada qazın qiyməti yaxın gələcəkdə yüksək olaraq qalacaq və 2021-ci ilin əvvəlinə olan göstəricilərə 1000 kubmetr üçün 200-250 dollara qayıtmaq mümkün olmayacaq.
“Yeni Gundem” xəbər verir ki, bu proqnozu “TASS”-a müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak verib.
O qeyd edib ki, yanacağın qiyməti əsasən qış mövsümündə temperaturdan asılı olacaq, lakin “qısa müddətlik qıtlıq səbəbindən qiymətlər yüksək olaraq qalacaq”.
“Hesab etmirəm ki, qiymətlər 2021-ci ilin əvvəlindəki səviyyələrə – 1000 kubmetr üçün 200-250 dollara qayıda bilər”, – Novak əlavə edib.
Onun sözlərinə görə, enerji qiymətləri ilə bağlı vəziyyət son dərəcə qeyri-sabitdir və bu tendensiya 2023-cü ildə qaz və neft bazarlarında müşahidə olunacaq.
Bununla yanaşı, Rusiya öz ixrac planlarından və qlobal karbohidrogen bazarında əsas oyunçu olmaq niyyətindən əl çəkməyib”, -o,deyib.
Ayşən