NÖVBƏTİ QƏLƏBƏMİZ KORONAVİRUS ÜZƏRİNDƏ OLMASI NAMİNƏ QAYDALARA RİAYƏT EDƏK, MASKA TAXAQ ÖZÜMÜZÜ VƏ ƏTRAFIMIZDAKILARI QORUYAQ!backend

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə, COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə, 15 iyul 2020 – ci il tarixindən, 15 oktyabr 2020-ci il tarıxinə kimi, həyata keçirilən, “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” yekunlaşsna baxmayaraq öz misiyasını təbliğat və təşviqat kampaniyası ilə davam etdirir.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin” direktoru Sərraf Orucov çıxış edərək layihə haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronavirus COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan xalqına etdiyi, “BIZ BIRLIKDƏ GÜCLÜYÜK” müraciətinə dəstək verərək, QAYDALARA RİAYƏT EDƏRƏK, MASKA TAXAQ ÖZÜNÜZÜ VƏ ƏTRAFIMIZDAKILARI QORUYAQ! şuaraı ilə, Bakı şəhərində sosial yardıma ehtiyacı olan imkansız aztəminatlı ailələrə, müharibə əlillərinə, tənha ahıl insanlara ərzaq və tibbi yardımları ilə köməklik göstərmək və ictimayyət arasında maarifləndirmə təbliğat və təşviqat kampaniyası aparmaqdər.

Xalğımız Ali Baş Komandan cənab İlham Əliyevin cəsarətli Komandanlığı ilə, Qəhrəman Müzəffər Ordumuz Qarabağda Ermənistan silahlı birləşmələrinin 29 ildirki, işğal etmiş torpaqlarımızı azad edərək qələbə qazandığ. Xalqımız üçün tarixi əhəmiyyət kəsb edən bu çətin, məsuliyyətli, eyni zamanda şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın və Ordumuzun yanında oldu.

Bu gün biz, bilikdə, Qarabağda gedən döyüşlərdə işğalçı düşmən ermənilərə qalib gəlsək də, amma təsüflər olsun ki, olkəmizdə COVID-19 pandemeyası infeksiyasına tutulmuş xəstələrin sayı günü-gündən artaraq 2259 nəfər olmuşdur.

Nazirlər Kabineti yanında yaradılmış, Təbibin 15 noyabr tarixinə verdiyi statistik məlumata görə Ölkəmizdə 73429 nəfər COVID-19 pandemeyası infeksiyasına yoluxmuş, 946 isə vəfat etmişdiriri. Bütün bunlara baxmayaraq nədənsə vətəndaşlarımız hələdə COVID-19 pandemeyası infeksiyasına biganə yanaşırlar.

Ölkəmizdə COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının son günlərdə kəskin artmasını nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin tətbiq etdiyi qərarlarlara və Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur.

COVID-19 Koronavirus Pandemiya bəlasını aradan qaldırmaq üçün vətəndaşlarımızın nümayiş etdirdiyi sosial məsuliyyət və həmrəylik qlobal təhlükəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə bu gün də ən çox ehtiyac duyulan məsələdir.

Koronavirus COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Nazirlər Kabineti yanında yaradılmış, Operativ Qərargahının qəbul etdiyi qərarlara dəstək verərək, tətbiq edilmiş karantin dövründə, Bakı şəhərində ehtiyacı olan 186 nəfər imkansız az-təminatlı aillərə, müharibə əlillərinə, veteranlara ərzaq yardımı və pisixoloji gərginliyi artmış müharibə əlilillərinə, ümumi əlillər üçün psixoloji-rebilitasiya xidməti günləri təkil edilərək, həkim psixoloq İbrahim Əsədli tərəfindən onların pisixoloji-fiziki problemlərinin minimuma çatdırılmasına lazım olan köməklik göstərildi.

Layihədə təşkil olunmuş hüquqi xidməti günlərində hüquqşunast İlham Əhmədov tərəfindən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuşların ailələrinin, əlil olmuş şəxslər, müharibə veteranlar və ehtiyata buraxılmış hərbi qulluqçular tibi-sosial məsələləri və sığorta olunmalarında yaranmış problemlərin həllinə hüquqi köməklik göztərərilmişdir.

COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə aztəminatlı ailləri və müharibə əllillərini düşünərək onlara tibbi və sosial kömək etmək məqsədi ilə, «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən,“Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsı ictimayyət və müharibə əlilləri, veteranları arasında müsbət qiymətləndirərək, belə bir əhəmiyyətli layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşklarına Dövlət Dəstəyi Şurasına və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kolektivinə öz təşəkkürlərini bildirdilər.

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər

Fondunun Mətbuat Xidməti: Bakı şəhəri: «16 » noyabr 2020-ci il.