Novruz çərşənbələrinin vaxtı açıqlandıbackend

Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.

“Yeni Gündəm” xəbər verir ki, bu ilin ilk çərşənbəsi fevralın 23-ü, axırıncı çərşənbə isə martın 16-na təsadüf edəcək.

Fevralın 23-də ilk – Su çərşənbəsi, martın 2-də Od, martın 9-da Hava (Yel), martın 16-da isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.