Novxanıda kişi həyat yoldaşını bıçaqladıbackend
Abşeronda rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib.
Hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.
Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 1980-ci il təvəllüdlü Seyidverdiyeva Aybəniz Oruc qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onda qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
\Report