Nurməhəmmədov – Geyci döyüşünün vaxtı açıqlandıbackend
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Geyci ilə görüşünün vaxtı bəlli olub. 
“Yeni Gündəm”-in “Report”a istinadən verdiyi məlumatına görə, bu barədə TASS-a Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov məlumat verib. O, qarşılaşmanı sentyabrda keçirməyi planlaşdırdıqlarını söyləyib.
Məhəmmədov bildirib ki, döyüşün yeri və dəqiq tarixi hələ bəlli deyil. Menecer rəqibin dəyişdirilməsinin planda olmadığını da sözlərinə əlavə edib.
Qeyd edək ki, Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə məğlub olub. Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.