“O, məhz Vasif Talıbovun evini, kabinetini dinlədiyinə görə həbs olunmuşdu”backend

“Bənəniyar hadisələrindən illər ötür. Bildiyimiz kimi, bu qanlı hadisə zamanında beynəlxalq aləmdə də böyük əks-səda yaratmışdı. Xatırladaq ki, Culfa rayon Bənəniyar kənd sakinlərinin bir neçə gün davam edən etiraz aksiyalarını yatırmaq üçün, yerli hakimiyyət kəndə silahlı qoşun və texnikalar  yeritmişdi”.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Siyasi şərhçinin sözlərinə görə, bu zorakılığı bu gün günahsız düzəltdikləri Daxili İşlər Nazirliyi Əhməd Əhmədov, Naxçıvanın təhlükəsizlik naziri Vəli Əsgərov təşkil etmişdi:

“O zaman bir nəfər özünü yandıraraq özünə qəsd etmişdi, həbs olunan şəxslərdən biri isə polisdə ölmüşdü. Onun da adını guya ürək çatışmamazlıqdan öldüyü kimi sənədləşdirmişdilər, halbuki söhbət orada qətldən gedirdi və əhalinin bir hissəsi orada polis və MTN  orqanları tərəfindən zorakılığa məruz qalmışdı.

Yeri gəlmişkən, belə iddialar var ki, hətta adını çəkdiyim şəxslər özləri də bu işgəncələrdə bilavasitə  iştirak ediblər. İndi sual bundan ibarətdir ki, bu hadisələr araşdırılacaqmı? Hər halda, prezidentin Naxçıvana yeni təyin olunmuş nümayəndəsi o Bənəniyar kəndinin nümayəndələrini qəbul etdi və söz verdi ki, bu, araşdırılacaq. Bildiyimiz kimi, Əhməd Əhmədovun apellyasiya  şikayəti var idi və həmin şikayətə baxılmalı idi. Görünür, bu hadisə araşdırılır deyə hələ qalıb. Bundan başqa, Vəli Ələsgərov durub nağıl danışdı ki, guya o Eldar Mahmudovun tapşırığı ilə Vasif Talıbovu dinləməkdən imtina etdiyinə görə həbs edilmişdi. Bu, gülünc iddia idi. O, məhz Vasif Talıbovun evini, kabinetini dinlədiyinə görə həbs olunmuşdu. Çünki bu məsələ açılmışdı. Yəni, biz dəfələrlə görmüşük ki, ölkədə vətəndaşlara qarşı cinayət törətmiş şəxslər ya cəzalandırılmırlar, ya da yüngül cəzalarla canını qurtarırlar. Bu mənada Naxçıvanda Bənəniyar hadisələrini törədənlər, onların başında duranların cəzalandırılacaqlarını cavab vermək çox çətindir. Açığı bilmirəm ki, niyə insanların hüquqlarına qarşı, azadlıqlarına qarşı, onların həyatına, sağlamlığına qarşı cinayət törədən məmurlar cəzalandırılmır. Amma, hər halda bu tendensiya var və MTN  işində də biz bunu gördük. Təhdidlə pul alma və digər cinayətlərdə ittiham olundular. Bu səbəbdən açığı düşünürəm ki, bu işin təşkilatçıları cəzalandırılacaqlar”.