“O, rəhbər vəzifəsindədir, sahibkardır”backend

“Həyatımda bir insanla ciddi münasibətim var. Onun evlilik təklifini dəyərləndirəcəyəm. Tez qərar vermək istəmirəm. İstəmirəm ki, ikinci bəxtim də bir az…. Yəni istəmirəm ki, ikinci bəxtim pis gətirsin. Ona görə də bir-birimizi daha da yaxından tanımalıyıq. Bunu isə vaxt və zaman göstərəcək”.

“Yeni Gundem” Bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn “Maqazin plyus” verilişinə müsahibəsində deyib.

Sənətçi gizlincə nişanlandığını açıqlayıb:

“Bu üzüyü bir neçə gün əvvəl ikimiz almışıq. Onu nişan barmağıma deyil, digər barmağıma taxmışam. Bu üzüyü balacalaşdırmalıyam. Nişan üzüyüm isə brilliantdır.

Belə şeylərə dəyər vermirəm. Mənim üçün əsas insanlıqdır, xoş niyyətdir və ədalətli olmaqdır. Bunlar daha önəmlidir. Brilliantdır, iş adamıdır, pulları var…. Bunlar isə mənim üçün önəm və dəyər verdiyim şeylər deyil”.

Mina nişanlısının sahibkar olduğunu bildirib:

“O, rəhbər vəzifəsində çalışır. Sahibkardır, anlayışlıdır və buna görə də sənətimlə bağlı mənə qadağalar qoymayacaq. Bunu əvvəlcədən də deyim. Onunla birlikdə İstanbula alış-verişə də getmişəm. Səyahəti çox sevirəm. Biz bir aydır ki, tanışıq. Ona görə də onun haqda bir şey deyə bilmirəm. İnsanı tanımaq lazımdır. Biz bir-birimizə zaman vermişik. Hələki bir-birimizi tanıyırıq”.

Qeyd edək ki, M.Hüseyn S.Həsənovla ötən ilin mart ayında gizli şəkildə ailə qurub. Daha sonra sənətçi ərindən ayrıldığını və boşandığını açıqlamışdı. Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda ona qoyduğu qadağalar olub.