“O sadəcə “dəmir yumruğu” öpmək istəyirdi, niyə bu qədər vedrə qoşursunuz?”backend

“O gün Cəbrayıldakı görüşdə xanım müğənninin İlham Əliyevin əlini öpmək istəməsi ilə bağlı görüntülər yayıldı. Sosial şəbəkələrdə Yaqut xanımın ünvanına yazılanları oxuduqca başımdan od qalxırdı”.

Bu sözləri Xalq artisti Flora Kərimova deyib. O, Prezident İlham Əliyevin Cəbrayılda ictimaiyyət nümayəndələri ilə görüşü zamanı Əməkdar artist Yaqut Abdullayevanın ölkə başçısının əlini öpməsi ilə bağlı görüntülərə münasibət bildirib:

“Ağızlarına gələni yazmışıdılar. Xanım sadəcə Prezidentə dedi ki, “dəmir yumruğunuzu öpmək istəyirəm”. Axı yazıq nə dedi ki, bu qədər vedrə qoşursunuz?  Bəs yaxşılığı edən görməməlidir ki, sən ona dəyər verirsən, onun sənə borcu yoxdur? Bu dünyada hər yerdə sözü keçən insanların belə bir təşəkkürə ehtiyacı var, bunu umurlar. Niyə bu xalqı insanlıqdan, mərhəmətdən, empatiyadan məhrum etmək istəyirsiniz? Elə istəyirlər ki, kimsə yaxşı danışmasın, baş verən yaxşı şeyləri deməyə qorxsunlar.  O da candır, o da ailə başçısıdır, o da bir övladdır. Həmişə deyirəm ki, “Can, ay oğul”. Hamısı yuxusuz gecələrin, ağaran saçların sayəsində oldu. Gözünün qabağında sən onun yorğun sifətini aydın görə bilirsən.

Siz hamınız Prezidentin hər nailiyyət xəbərini verəndə uşaq kimi sevinməyini, gözlərinin parıldamağını gördünüz. Bunu görə-görə niyə onun üstünə addımlayırsınız?

Bütün günü Neft fondunu tənqid atəşinə tuturdular ki, yeyinti var, yığırlar, yeyirlər. Siz başa düşmürsünüz ki, neft fondu olmasaydı biz müharibədə ən son silahlarla düşmənə qarşı mübarizə apara bilməzdik, neft olmasaydı PUAları ala biməzdik. Niyə yaxşını görmürsünüz? Sonra da başlayırlar məni təhqir etməyə, nə var-nə var onlara qoşulub haqsız yerə pis danışmamışam…”

Qeyd edək ki, görüş zamanı Əməkdar artist Yaqut Abdullayeva ötən bir il ərzində bir arzusu olduğunu – “dəmir yumruğ”u öpmək istədiyini dilə gətirib. Daha sonra sənətçi Prezidentə yaxınlaşıb və dövlət başçısı onunla görüşüb, lakin əlindən öpməyə qoymayıb.

Yenisabah.az