“OBA market” cərimələndibackend

“OBA market” MMC-yə cərimə protokolu yazılıb.

“Yeni Gündəm”-in məlumata görə, matketin barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İddia hakim Azər İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.Pravda.az