“OBA Market”ə protokol tərtib edildibackend

“OBA Market” MMC-yə cərimə protokolu yazılıb.

“Yeni Gündəm”-in məlumatına görə, MMC barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Rauf Daşdəmirovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: Şirkət daha əvvəl də cərimələnmişdi.Pravda.az