Odlar Yurdu Universitetində Zərifə  Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib – FOTObackend

Odlar Yurdu Universitetində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölmənin müdiri, t.ü.f.d. Yazgül Abdiyeva tərəfindən Akademik Zərifə Əliyevanın elmi yaradıcılığından, onun irsini davam etdirən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin inkişafından bəhs edib.

Görkəmli akademikin həyat yolunu Azərbaycan tarixinin ən gözəl səhifələri kimi qiymətləndirən Yazgül Abdıyeva alimin XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb.

Yazgül Abdiyeva qeyd edib ki, görkəmli oftalmoloqun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına öz töhfəsini verib.