Oğlu şəhid olan Xalq artisti: “O, 9-cu sinifdə oxuyanda da evdən qaçaraq Ağdama cəbhəyə getmişdi…”backend

“Döyüşə getdiyini heç kəsə deməyib”.

“Yeni Gündəm” xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Əli Nur şəhid oğlu baş leytenant Rövşən Nurzadədən danışarkən deyib.

Aktyorun sözlərinə görə, onun döyüşə getdiyini ancaq məhlədə dostları bilib: “Məhlədə deyib ki, “mən də döyüşə getməliyəm, burada qalmağa ixtiyarım yoxdur.

Sonuncu döyüşdə – Şuşada həlak olub. Cavan ailəsi və iki uşağı var. İkinci Fəxri Xiyabanda dəfn olunacaq. Ölüm xəbərini axşam aldıq”.

Əli Nur qeyd edib ki, Rövşən Nurzadə 9-cu sinifdə oxuyanda evdən qaçaraq Ağdama çəbhəyə gedib:

“Onu görüb gətirib Sumqayıtda məktəbə təhvil vermişdilər. İqtisad Universitetini bitirəndən sonra “mən hərbçi olacam” deyə Akedemiyanı bitirdi. Oxuyub Ağdama getdi. 10 il Ağdamda tağım komandiri oldu. 45 yaşı vardı, ehtiyyatda olan zabit idi”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə Qarabağ uğrunda müharibədə şəhid olub.

Allah rəhmət eləsin!

Qaynarinfo