“Oğlum şəhid olsa bu qədər yanmazdım” – VİDEObackend

“Mən balamı vətən yolunda vermişdim, şəhid olsa bu qədər yanmazdım, deyərdim oğlum vətən yolunda şəhid olub”.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Yeniavaz.com-a müraciətində 2017-ci ildə hərbi xidmət zamanı əsgər yoldaşı tərəfindən güllələnən Əyyublu Əyyamın anası Ağstafa rayon Dağ Kəsəmən kənd sakini Əyyubbova Aynurə deyib. O müraciətində bildirib ki, oğlu hərbi xidmət zamanı əsgər yoldaşı tərəfindən güllələnərək ağır xəsarət alıb. Övladınının müalicəsi üçün ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edən Ə. Aynurə oğluna təcili bağırsaq köçürülməli olduğunu bildirib:“Həkimlərlə danışmışıq, övladım Əyyuba təcili bağırsaq köçürülməlidir. Bir böyrəyini güllə yararsız hala salmışdı, artıq ikinci böyrəyi də “otkaz” edib. Böyrəkləri olmadığına görə parenteral yolla və sistemlə həyatda saxlayırıq. Sizdən bir ana kimi xahiş edirəm mənim övladıma kömək olun”.