Oğlundan Oqtay Gülalıyevlə bağlı xoş xəbərbackend

Hazırda Türkiyədə xəstəxanada müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.

“Yeni Gundem” xəbər verir ki, bu barədə oğlu Təbriz Gülalıyev məlumat yayıb. T. Gülalıyev bildirib ki, atasının son 2 gündə qızdırması olmayıb və nəfəs alması yaxşılaşıb: “Həmçinin böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir”.

Qeyd edək ki, hazırda O. Gülalıyev İstanbulda Amerikan xəstəxanasında müalicə olunur.