“Olimpiakos” üzərində qələbənin böyük mükafatı – Yarım milyon manat!backend

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Olimpiakos”a 3:0 hesabı ilə qalib gələn “Qarabağ” klubunun rəhbərliyi futbolçulara mükafat ayırıb.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu əsas heyətdə meydana çıxan futbolçuların hər birinə 25 min manat mükafat verəcək.

Oyuna sonradan daxil olanlar məbləğin 75, ehtiyat skamyada oturanlar isə 50 faizini alacaqlar.

Mükafaf məbləğinin 200 faizi Qurban Qurbanova, 100 faizi isə onun köməkçilərinə çatacaq.

Bu isə o deməkdir ki, bu qələbə üçün komandaya ümumilikdə yarım milyon manatdan çox mükafat büdcəsi ayrılıb.