Ölkə daxilində və xaricində müalicə haqları ilə bağlı vergi güzəştləri tətbiq olunacaqbackend

Ölkə daxilində müalicə, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir.

“Yeni Gündəm”-in xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.

Bundan əlavə, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40000 manatadək olan hissəsi də gəlir vergisindən azad ediləcək.