Birləşmiş Ərəb Əmirliyiyi ilə bağlanmış memorandum Azərbaycanda bərpa olunan enerjinin tətbiqini dəstəkləmək, eyni zamanda dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına “yaşıl hidrogen” istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edən interqrasiya olunmuş həllərə dair potensial əməkdaşlıq imkanlarını ehtiva edir.
Azərbaycanın neft-qaz və enerji strategiyası onun milli təhlükəsizlik konsepsiyasının əsas mahiyyətini təşkil edir. Beynəlxalq praktikada milli təhlükəsizlik dedikdə, dövlət təhkükəsizliyi, hərbi-sərhəd, təhlükəsizliyi, informasiya, intellektual, sosial-siyasi, ictimai vətəndaş cəmiyyəti təhlükəsizlikləri, nəhayət ekoloji, yanacaq-energeika və iqtisadi təhküləsizliyin cəmi başa düşülür.
Bir çox parametrləri ilə iqtisadi təhlükəsizlik strategiyası xaricdən heç bir müdaxilə və təzyiq olmadan hər bir cəmiyyətin iqtisadi inkişafının forma və yollarını müstəqil surətdə müəyyən etmə, təmin etmə və inkişaf etdirmə qabiliyyətinin sütunu olan iqtidarın mövcudluğunu ehtiva edir. İqtisadi təhlükəsizlik üç əsas istiqamətin qarşılıqlı vəhdətini təmin edir ki, buraya iqtisadi müstəqillik, milli iqtisadiyyatın rəqabətə dözümlülüyünə istinad edən sabitliyi, nəhayət, iqtisadi inkişaf qabiliyyətliliyi daxildir.
Bütün bu çoxşaxəli parametrlərdə neft-qaz-enerji üçbucağı müstəsna əhəmiyyət kəsb edir.Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri, nəhayət, Bakı-Tbilisi-Qars dəmiryol xətti kimi nəhəng layihələrin uğurlu reallaşdırılması, dünyanın aparıcı şirkətlərinin ölkəmizdə beynəlxalq əhəmiyyətli iri maliyyə tutumlu layihələrə cəlb edilməsi ölkəmizin qlobal iqtisadi məkana tarixi transformasiya prosesini uğurla təmin etməkdədir.
Ölkənin energetika sahəsində daha bir əlamətdar tarix yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi.Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir.Yeni təməli qoyulmuş “Qaradağ” Günəş Elektrik Stansiyasının inşası ölkə energetika sahəsində mühüm bir hadisədir.İnşasının tamamlanması bu ilin sonuna nəzərdə tutulan bu stansiyanın ümumi gücü 230 mVt/saat olacaq və istifadəyə verildikdən sonra ildə 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcəyi nəzərdə tutulur. Azərbaycan Respublikasının enerji təminatının yaxşılaşdırılması istiqamətində alternativ enerji sahəsində işlər daim davam etdirilmişdir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika komplekslərinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirərək, bu sahədə misilsiz quruculuq işləri həyata keçirib.
2023-cü ildə əlavə güclər Azərbaycanın ümumi sisteminə daxil ediləcək və bu işin başlanğıc hissəsidir. Uzun illər ərzində mövcud istiqamətdə fərqli işlər aparılır. Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.
Nəsimi rayon qazisi
İbrahimov Mehman