Ölkəmizin  tranzit daşımaları sahəsində potensialıbackend

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir.Ölkəmiz tranzit daşımaları sahəsində potensialından daha səmərəli istifadə edilməsi ilə bağlı olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli 655 saylı fərmanı ilə Tranzit yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır.

Son dövrdə ölkəmizin tranzit potensialının artırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirilmişdir. Xəzər dənizində ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başlamış, Bakı-Böyük Kəsik dəmir yolu, Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa olunmuşdur. Ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsi sahəsində tranzit daşımalarda mühüm rol oynamışdır. Buna misal olaraq Müasir avtobil yolları şəbəkəsinin yaradılması beynəlxalq hava limanlarının tikintisi, yeni təyyarə və gəmilərinin alınmasını qeyd etmək olar.

Azərbaycan şərqlə-qərb arasında ən mühüm tranzit və nəqliyyat sahələrinin həyata keçirilməsində sanballı töhvələr verir. Azərbaycan Xəzər hövzəsində 52 gəmi ilə ən böyük mülki yük donanmasına malikdir.

Bakı Beynəlxalq Dəniz Ticarət limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir. Bu da gələcəkdə 25  milyon tona qədər artırıla bilər.

Hətta Azərbaycan 2020-ci il Qarabağ savaşından sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkilir. Buna misal olaraq Şuşada çəkilən “Zəfər yolunu” misal çəkmək olar. Azərbaycan eyni zamanda 18 təyyarə ilə Cənubi Qafqazda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Gələcəkdə beynəlxalq hava limanlarının ümumi sayı 7-dən 9-a çatdırılacaq. Hətta Qarabağ münaqişəsindən sonra yeni nəqliyyat-kommunikasiya layihələrinin inkişaf üçün zəmin yaradır. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat gücünü artıracaq bu da dəhliz boyu yerləşən bütün ölkələr üçün gələcəkdə faydalı olacaq.

Bakı Slavyan Universiteti

Abbasova Pərvanə