Ölkənin dərman depolarında spirt də qeybə çəkildibackend
Bakı apteklərində spirt tapılmır.
Bu barədə məlumat Bakı apteklərindən daxil olub.
Məlumatı dəqiqləşdirmək üçün Bakıda fəaliyyət göstərən bir neçə apteklər şəbəkəsi ilə əlaqə saxladıq. Həmin apteklərdən verilən məlumata görə, iki gündür ki, depoda tibbi spirtlər yoxdur:
“Hazırda satışda spirt yoxdur. Depo ilə əlaqə saxlamışıq. Ordan bizə depoda spirtin olmadığını dedilər. Alıcılar isə çoxdur”.
Qeyd edək ki, fevralın 24-də Bakı apteklərində virus əleyhinə istifadə olunan tibbi maskalar da tapılmır.